Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq
Ana Sayfa > Karusel / Dünya > Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq

Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq


Bu gün, 21:44. Yazar: Admin

Özbəkistan Prezidenti: Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq

Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Bugünkü iclasda hökumətlərarası komissiyanın həmsədrlərinin ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə ətraflı planlarını dinləyəcəyik. Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr dayanır. Orta dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasını sürətləndirmək lazımdır. Biz bunu İlham Əliyevlə dar tərkibdə də müzakirə etdik və bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.


Geri dön