Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir
Ana Sayfa > Karusel / Siyasət > Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir


Bu gün, 14:51. Yazar: Admin

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın intensivləşməsi ilə müşayiət olunur.

Qarabaginfo.az xəbər verir ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib.

İki ölkə arasında münasibətlərin əsas siyasi mexanizmlərindən biri 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti — III iclasın keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq regionlar səviyyəsində də genişlənir. Azərbaycan–Özbəkistan Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda keçirilib.


Geri dön