Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib
Ana Sayfa > Karusel / Dünya > Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib

Zelenski Almaniya XİN başçısı ilə Ukraynanın qışa hazırlığını müzakirə edib


Bu gün, 09:58. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə ölkənin qışa hazırlığını və hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində bildirib.

Görüş Kiyevdə baş tutub. Zelenski Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstəyinə görə təşəkkür edib və qarşıdakı qış dövründə əhalinin müdafiəsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Tərəflər həmçinin “Drone Deal” formatında sazişin hazırlanması və sənədin yaxın vaxtlarda imzalanması ilə bağlı işləri müzakirə ediblər.


Geri dön