Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir
Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir

KİV: ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir


Bu gün, 09:27. Yazar: Admin

KİV: ABŞ Kanadadan idxal olunan bəzi məhsullara 50%-lik rüsum tətbiq edir

ABŞ və Kanada arasında ticarət danışıqları razılaşma əldə olunmadan başa çatıb və Vaşinqton Kanadadan bir sıra məhsullara 50%-lik rüsum tətbiq edir.

Bu barədə Newsweek məlumat yayıb.

Yeni rüsumlar avtomobillər və avtomobil hissələri, spirtli içkilər, süd məhsulları, kənd təsərrüfatı məhsulları, tekstil və geyim, kosmetika, mebel, elektronika, avadanlıq, brilyant və oyuncaqlar da daxil olmaqla yüzlərlə məhsula şamil olunur.

ABŞ administrasiyası bu addımı Kanadanın Amerika məhsullarına qarşı tətbiq etdiyi, Vaşinqtonun fikrincə, ayrı-seçkilik xarakterli ticarət tədbirləri ilə əlaqələndirir. Tərəflər arasında danışıqların davam etdirilməsi gözlənilir.


Geri dön