Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq
Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq

Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq


Dünən, 22:20. Yazar: Admin

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

 

Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması Ermənistanın digər ölkələrdən enerji asılılığının artmasına səbəb olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Metsamor AES hazırda Ermənistanın enerji balansında əsas rol oynayır və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 30%-ni təmin edir.

“Əlçatan elektrik enerjisinin sabit istehsalı uzun illərdir Ermənistana sənayeni inkişaf etdirməyə və texnoloji tərəqqini təmin etməyə imkan verir”, – Zaxarova qeyd edib.

Rusiya XİN rəsmisi bildirib ki, xüsusilə bir sıra Avropa ölkələrinin bərpa olunan enerji mənbələrinə keçidlə bağlı uğursuz təcrübəsi fonunda dinc nüvə energetikası suverenliyin və enerji təhlükəsizliyinin amillərindən biri olaraq qalır.

“Ölkənin öz atom elektrik stansiyasının bağlanması enerji sahəsində digər dövlətlərdən asılılığın artmasından başqa heç nəyə gətirib çıxarmayacaq”, – Zaxarova vurğulayıb.


Geri dön