Ana Sayfa > Karusel / Cəmiyyət > Son sutkada Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Son sutkada Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib


2-02-2021, 17:48. Yazar: Admin

 

Azərbaycanda son sutkada 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.

 


Geri dön