Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar
Ana Sayfa > Karusel / Siyasət > Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar

Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar


Bu gün, 11:40. Yazar: Admin

Demokratlar Konqresdə çoxluğu əldə etsələr, ABŞ administrasiyasının fəaliyyətini araşdıracaqlar

ABŞ-da noyabr seçkilərində Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə demokratlar administrasiyanın müxtəlif sahələrdəki fəaliyyətinə dair araşdırmalara başlamağa hazırlaşırlar.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Demokratlar artıq araşdırılması planlaşdırılan təxminən 12 istiqamət müəyyənləşdiriblər.

Bunlara ABŞ-ın İrana qarşı hərbi əməliyyatı, Donald Tramp və ailə üzvlərinin biznes fəaliyyəti, Ağ Evdə bal zalının tikintisi, Trampın pedofillikdə ittiham olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələri və immiqrasiya qurumlarının fəaliyyəti daxildir.

Məlumata görə, demokratlar hələ Trampa qarşı impiçment prosesinə başlamaq məsələsində razılığa gəlməyiblər.

Ağ Ev hüquqşünasları artıq nazirləri və müşavirləri Konqresdə mümkün ifadə tələbləri barədə məlumatlandırıb və onlara bu sorğulara necə cavab verməli olduqları ilə bağlı təlimat verib.

“WSJ” onu da qeyd edir ki, Nümayəndələr Palatasında çoxluğu təmin etmək üçün demokratlara cəmi bir neçə əlavə yer qazanmaq kifayətdir.

Rəsmi olaraq respublikaçıların nəzarətində olan Senatda mübarizənin nəticəsini isə proqnozlaşdırmaq daha çətindir.


Geri dön