Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna PUA-ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib
Ana Sayfa > Karusel / Dünya > Ukrayna PUA-ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib

Ukrayna PUA-ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib


Bu gün, 11:38. Yazar: Admin

Ukrayna PUA-ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.

Monitorinq kanalları bildirir ki, alov obyektin ərazisində sürətlə yayılıb və logistika mərkəzinin üzərində sıx tüstü müşahidə olunub.

Dağıntıların dəqiq miqyası və mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur.


Geri dön