Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əməkdar jurnalist Nurani vəfat edib
Ana Sayfa > Karusel / Sosial > Əməkdar jurnalist Nurani vəfat edib

Əməkdar jurnalist Nurani vəfat edib


Bu gün, 11:37. Yazar: Admin

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani)

 

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

Bu barədə Qarabaginfo.az-a “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Nuraninin nəşi 13:00-da "Yasamal" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.


Geri dön