Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Faktiki hava açıqlanıb
Ana Sayfa > Karusel / Sosial > Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb


Bu gün, 11:35. Yazar: Admin

Faktiki hava açıqlanıb

Avqustun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti müşahidə olunub.


Geri dön