Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Norveçə “UH-60M Black Hawk” vertolyotlarının satışını təsdiqləyib
Ana Sayfa > Karusel / Dünya > ABŞ Norveçə “UH-60M Black Hawk” vertolyotlarının satışını təsdiqləyib

ABŞ Norveçə “UH-60M Black Hawk” vertolyotlarının satışını təsdiqləyib


Bu gün, 08:42. Yazar: Admin

ABŞ Norveçə “UH-60M Black Hawk” vertolyotlarının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Norveçə “UH-60M Black Hawk” çoxməqsədli vertolyotlarının və onunla əlaqəli sistemlərin 2,3 milyard dollara mümkün satışını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin internet saytında dərc olunmuş açıqlamada bildirilib.

Norveç hökuməti əvvəllər ABŞ-dan 21 “UH-60M Black Hawk” vertolyotu, onların mühərrikləri və silahları, eləcə də naviqasiya, rabitə və müdafiə sistemləri daxil olmaqla müxtəlif sistemlərin alınması üçün təsdiq istəyib.

ABŞ administrasiyası artıq Konqresə mümkün silah satışını təsdiqləmək qərarı barədə məlumat verib.

Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamamaq barədə düşünmək üçün 15 günü var.


Geri dön