Rusiya ordusu Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən iri ticarət mərkəzinə zərbə PUA-ları ilə hücum edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ticarət mərkəzinin binasına ziyan dəyib və yanğın başlayıb.
Məlumata əsasən, ölənlərin sayı 15 nəfərə çatıb, 130 nəfər yaralanıb. Yaralananlar arasında 23 uşaq da var. 29 nəfərin, o cümlədən 5 uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul xilasetmə əməliyyatının davam etdiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl 103 yaralının olduğu açıqlanmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ticarət mərkəzi iki dalğa ilə hücuma məruz qalıb. Onun sözlərinə görə, ilk zərbədən və yanğından təxminən yarım saat sonra xilasedicilərə də təkrar zərbə endirilib. Zelenski hücumu terror aktı adlandırıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
“Bu, rusların mütləq vəhşiliyidir. Sadəcə vəhşilərdir. Mütləq cavab verəcəyik”, - deyə Zelenski vurğulayıb.