Ana Sayfa > Karusel / Siyasət > Dövlət başçısı: Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb

Dövlət başçısı: Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb


Bu gün, 18:13. Yazar: Admin

Dövlət başçısı: Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb

"Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib.

"2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək", - Prezident vurğulayıb.


Geri dön