Ana Sayfa > Karusel / Dünya > CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib


Bu gün, 17:52. Yazar: Admin

 

Picture background

Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib.

CNN-in xəbərinə görə, bu barədə ukraynalı kəşfiyyat rəsmisi məlumat verib.

Onun sözlərinə görə, bu hərbçilərdən 400 nəfəri dron operatorudur.

Qeyd edək ki, iki il əvvəl Rusiya və Şimali Koreya arasında hərbi sahədə qarşılıqlı müdafiə razılaşması imzalanıb. Razılaşma çərçivəsində ölkələr hərbi yardım məqsədilə bir-birinin ərazisinə hərbi qüvvə göndərə bilər.

Rusiya rəsmiləri bir sıra bəyanatlarında Şimali Koreyadan olan hərbçilərin Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşdüyünü etiraf ediblər.


Geri dön