Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiya əcnəbilər üçün vizaların rüsumunu iki dəfə artırır

Rusiya əcnəbilər üçün vizaların rüsumunu iki dəfə artırır


Bu gün, 09:58. Yazar: Admin

 

Rusiya
Rusiya

Rusiya Xarici İşlər Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təcili Rusiya vizalarının rəsmiləşdirilməsi ilə bağlı konsulluq rüsumlarının iki dəfə artırılmasını təklif edib.

RIA Novosti-nin xəbərinə görə, bununla bağlı qərar layihəsi rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Söhbət 3 gün ərzində rəsmiləşdirilən birdəfəlik, ikidəfəlik və çoxdəfəlik vizalardan gedir.

Layihə təsdiqlənərsə, təcili vizaların qiyməti belə olacaq:

birdəfəlik viza – 100 dollardan 200 dollara;

ikidəfəlik viza – 160 dollardan 320 dollara;

çoxdəfəlik viza – 300 dollardan 600 dollara.

Hazırda sənəd müstəqil antikorrupsiya ekspertizasından keçirilir. Qərar layihəsi qəbul olunarsa, Rusiya vizasını qısa müddətdə almaq istəyən əcnəbilər üçün xərclər əhəmiyyətli dərəcədə artacaq.


Geri dön