Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Forbes”in məşhur siyahısına düşən milyonçu qəza qurbanı oldu
Ana Sayfa > Karusel / İqtisadiyyat > “Forbes”in məşhur siyahısına düşən milyonçu qəza qurbanı oldu

“Forbes”in məşhur siyahısına düşən milyonçu qəza qurbanı oldu


Bu gün, 21:15. Yazar: Admin

forbesin-meshur-siyahisina-dusen-milyoncu-qeza-qurbani-oldu

Ötən gün Keniyanın Samburu dairəsində helikopterin qəzaya uğraması nəticəsində həlak olanlardan birinin də kimliyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu haqda “New York Post” (NYP) məlumat yayıb.

Belə ki, amerikalı milyonçu Rocer Duarte Keniyada baş verən helikopter qəzasında həlak olanlar arasındadır.

“Çərşənbə günü səhər saatlarında Keniyanın şimalında dağ ətəyində qəzaya uğrayan helikopterdə olan beş amerikalıdan biri də vaxtilə “Forbes” jurnalının “30 yaşa qədər 30 nəfər” siyahısına düşmüş milyonçu sahibkar idi”, - məlumatda deyilir.

Bildirilir ki, polisin ilkin hesabatına əsasən, göyərtədə ümumilikdə yeddi nəfər olub və sağ qalan olmayıb. Onlardan beşi ABŞ vətəndaşı idi.

Ekvador hökuməti məlumat verib ki, təyyarədə ölkənin Milli Kəşfiyyat Mərkəzinin baş direktoru Mişel Sensi-Kontuci və onun həyat yoldaşı, həmçinin dizayner və sahibkar Stefani Hollihan olublar. 


Geri dön