İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti ABŞ-ın İranın dondurulmuş vəsaitlərindən heç bir məbləği hələ azad etmədiyini bildirib.
Bu barədə Himməti “Mehr” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu vəsaitlərin açılması iki ölkə arasında imzalanmış anlaşma memorandumunda nəzərdə tutulsa da, indiyədək heç bir məbləğ blokdan çıxarılmayıb. Himməti həmçinin İran və İraq arasında bank əməliyyatları ilə bağlı problemlərin yaxın həftələrdə həll ediləcəyini bildirib.