Ana Sayfa > Karusel / Gündəm > MHP: Şuşada inşa etdirəcəyimiz məktəblə bağlı Bakıda müzakirələr aparmışıq

MHP: Şuşada inşa etdirəcəyimiz məktəblə bağlı Bakıda müzakirələr aparmışıq


2-02-2021, 15:46. Yazar: Admin

 

MHP: Şuşada inşa etdirəcəyimiz məktəblə bağlı Bakıda müzakirələr aparmışıq

“Yanvarın 29-da Bakıya gəldik, yanvarın 30-da Prezident Administrasiyasının nümayəndələri və təhsil naziri Emin bəylə Şuşadakı məktəblə bağlı müzakirələr apardıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycana səfərə gələn Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Mövlud Karakaya söyləyib.

“Bu gün bizi qəbul edən və layihəni dəstəkləyən, lazımi tapşırıqları verən, tez bir zamanda nəticə almaq istəyən cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bizə yardımçı olan Prezidentin köməkçisi Hikmət Hacıyevə və təhsil naziri Emin bəyə təşəkkür edirəm”, - o siyasətçi qeyd edib.


Geri dön