Ana Sayfa > Karusel / Dünya > İsrail HAMAS-ın 4 komandirinin öldürüldüyünü açıqlayıb

İsrail HAMAS-ın 4 komandirinin öldürüldüyünü açıqlayıb


Bu gün, 07:57. Yazar: Admin

İsrail HAMAS-ın 4 komandirinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu Qəzza zolağının şimalında HAMAS-ın “Nuhba” xüsusi təyinatlı bölməsinin bir bölük və üç tağım komandirinin öldürüldüyünü açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, avqustun 18-də “Aş-Şati” qaçqın düşərgəsi ərazisinə endirilən zərbə nəticəsində “Nuhba” bölüyünün komandiri Məhəmməd Həmdi Əhməd əl-Məsri, həmçinin tağım komandirləri Məhəmməd Attar, Məhəmməd Fəthi Hüseyn Nasir və Saməd Samir Hərb Əbu Həbəl öldürülüb.

İsrail ordusunun məlumatına görə, Əbu Həbəl 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olan şəxslərdən biri olub. Ordudan bildirilib ki, zərbədən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görülüb.


Geri dön