Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib

Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib


Dünən, 16:20. Yazar: Admin

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov

 

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri “X” hesabında məlumat verib.

Görüşdə iki ölkə arasında son siyasi məsləhətləşmələrin nəticələri müsbət qiymətləndirilib.

Azərbaycan və Özbəkistan dövlət başçılarının fəal, dostluq və qarşılıqlı etimada əsaslanan dialoqunun ölkələr arasında müttəfiqliyin və strateji tərəfdaşlığın dinamik inkişafında oynadığı rolun vacibliyi vurğulanıb.

Samir Şərifov və Baxtiyor Saidov ikitərəfli gündəlikdə yer alan məsələləri ətraflı müzakirə edib.


Geri dön