Keniyanın Ololokve dağında helikopter qəzaya uğrayıb.
BBC-nin xəbərinə görə, helikopterdə olan 6 nəfərin hamısı ölüb.
Hələlik ölənlərin kimliyi müəyyən edilməyib. Yerli media helikopterdə turistlərin olduğunu bildirir.
Keniya Qırmızı Xaç Komitəsi qəzanın baş verdiyi yerin hələlik əlçatan olmadığını, ilkin mənzərə ilə tanış olmaq üçün dronlardan istifadə edildiyini açıqlayıb.
Keniya Nəqliyyat Nazirliyi məsələ ilə bağlı araşdırmanın aparılacağını qeyd edib.