Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Kanada mallarına 50%-lik rüsumların tətbiqini təxirə sala bilər
Ana Sayfa > Karusel / Dünya > Tramp Kanada mallarına 50%-lik rüsumların tətbiqini təxirə sala bilər

Tramp Kanada mallarına 50%-lik rüsumların tətbiqini təxirə sala bilər


19-08-2026, 08:32. Yazar: Admin

 

Tramp Kanada mallarına 50%-lik rüsumların tətbiqini təxirə sala bilərABŞ Prezidenti Donald Tramp bəzi Kanada mallarına 50%-lik gömrük rüsumlarının tətbiqini təxirə salmağı nəzərdən keçirir. “Politico”nun məlumatına görə, ABŞ və Kanada geniş ticarət sazişi üzrə danışıqları davam etdirir.

Vaşinqton Kanadadan ABŞ spirtli içkilərinə və avtomobillərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Kanada isə ABŞ-ın avtomobil və digər mallara rüsumlarını azaltmağa çalışır.

“Politico” qeyd edir ki, yeni rüsumların tətbiqi ABŞ və Kanada arasında təxminən 1 trilyon dollarlıq ticarət üzrə daha geniş danışıqları poza bilər.


Geri dön