Ana Sayfa > Karusel / Gündəm > Nazirlik 2837 şəhidin ailə üzvünə təqaüd, pensiya və müavinət təyin edib

Nazirlik 2837 şəhidin ailə üzvünə təqaüd, pensiya və müavinət təyin edib


2-02-2021, 14:59. Yazar: Admin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

 

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb.

 

Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib. Proses artıq başa çatmaqdadır.


Geri dön