Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ səfiri Barrak Suriyada aviabazaya hücumlarda İsraili günahlandırıb, bunu lazımsız eskalasiya adlandırıb
Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri Barrak Suriyada aviabazaya hücumlarda İsraili günahlandırıb, bunu lazımsız eskalasiya adlandırıb

ABŞ səfiri Barrak Suriyada aviabazaya hücumlarda İsraili günahlandırıb, bunu lazımsız eskalasiya adlandırıb


Bu gün, 20:34. Yazar: Admin

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak

 

İsrailin Suriyanın “Əl-Duhur” aviabazasına hücumları lazımsız eskalasiyadır və regional sabitliyə töhfə vermir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “X” hesabında yazıb.

O bildirib ki, Suriya hökuməti nə “təcavüzkar” mövqedən çıxış edir, nə də proksi qüvvələrin nəzarətindədir.

Barrakın sözlərinə görə, Suriya İsraillə münasibətlərdə deeskalasiyaya üstünlük verdiyini dəfələrlə nümayiş etdirib.

ABŞ səfiri hazırda qüvvədə olan deeskalasiya razılaşmalarının bütün əlaqəli tərəflərlə dialoq nəticəsində ərsəyə gəldiyinə toxunub.

“Amerika Birləşmiş Ştatları hələ də təmkin və qarşılıqlı əlaqənin daha konstruktiv bir kurs olduğuna inanır. Bütün tərəfləri gələcək hərbi hadisələrə deyil, məntiqi mülahizələrə üstünlük verməyə çağırırıq”, - Tom Barrak qeyd edib.

Xatırladaq ki, Suriyanın İdlib bölgəsində “Əl-Duhur” aviabazasına 8 zərbə endirilib. Suriya hökuməti hücumlarda İsraili günahlandırıb.


Geri dön