Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib
İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib18-08-2026, 20:20. Yazar: Admin |
|
İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HAMAS liderlərinə hücum etdiyini açıqlayıb. Bu barədə Qətərin “əl-Cəzira” telekanalı İsrail mediasına istinadən məlumat yayıb. “Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HAMAS liderlərini hədəf aldıq. Biz HAMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HAMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir. Geri dön |