Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda növbəti onillikdə beş Milli Prioritet müəyyənləşib

Azərbaycanda növbəti onillikdə beş Milli Prioritet müəyyənləşib


2-02-2021, 14:24. Yazar: Admin

Azərbaycanda növbəti onillikdə beş Milli Prioritet müəyyənləşib

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Reallaşmalı olan beş Milli Prioritet aşağıdakılardır:

-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

 -dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

 -rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

 -işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

 - təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. APA


Geri dön