İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan MQ-9 Reaper pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Bu barədə SEPAH-a məxsus “Sepah News” agentliyi məlumat yayıb.
Məlumatda PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmasa da, MQ-9 Reaper tipli aparatların əsasən ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edildiyi qeyd olunub.
SEPAH-ın məlumatına görə, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra İran 30-dan çox MQ-9 Reaper pilotsuz uçuş aparatını vurub.