Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manat həcmində 5 305 fırıldaqçılıq halı baş verib.
Qarabaginfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin I rübü ilə müqayisədə 20,43% azalıb, sayı isə 6.2% artıb.
Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.
Cari ilin II rübündə həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 93,1%-i, ölkəxarici halların isə 92,8%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb.