Ana Sayfa > Karusel / Gündəm > Kürdə qayıq batıb, 2 balıqçının axtarışları aparılır
Kürdə qayıq batıb, 2 balıqçının axtarışları aparılır2-02-2021, 14:04. Yazar: Admin |
Kür çayında iki nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. FHN-in "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Geri dön |