Türkiyədə illik inflyasiya iyul ayının yekunlarına əsasən əvvəlki ayda qeydə alınmış 32,11%-dən 31,75%-ə enib.
Bu barədə Qarabaginfo.az-a Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən xəbər verir.
"2026-cı ilin iyul ayında İstehlak Qiymətləri İndeksi əvvəlki ayla müqayisədə 1,78%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 19,86%, əvvəlki ilin eyni ayı ilə müqayisədə 31,75%, on iki aylıq orta göstəricilərlə müqayisədə isə 31,90% artıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, institutun bir ay əvvəl açıqladığı məlumata əsasən, iyun ayında inflyasiya aylıq müqayisədə 0,99%, illik müqayisədə isə 32,11% təşkil edib.