Ana Sayfa > Karusel / Dünya > Bəqai: Hörmüz boğazının əvvəlki vəziyyətə qayıtması nəzərdə tutulmur

Bəqai: Hörmüz boğazının əvvəlki vəziyyətə qayıtması nəzərdə tutulmur


Bu gün, 07:55. Yazar: Admin

Bəqai: Hörmüz boğazının əvvəlki vəziyyətə qayıtması nəzərdə tutulmur

“Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətə qayıtması qətiyyən nəzərdə tutulmur”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran və Oman arasında təhlükəsiz dəniz marşrutu ilə bağlı aparılan danışıqlar uzun müddətdir davam edir və bu müzakirələr Hörmüz boğazının açılıb-açılmamasına aid deyil.

Bəqai qeyd edib ki, İran və Oman gəmiçiliyin təhlükəsizliyini təmin edəcək, eyni zamanda İranın suveren hüquqlarını qoruyacaq mexanizm üzərində işləyirlər.

XİN sözçüsü onu da vurğulayıb ki, İran milli maraqlarına uyğun hərəkət edir və ABŞ-ın təhdidlərindən təsirlənmir.

O əlavə edib ki, boğazın bağlı qalması ABŞ-ın öhdəliklərini pozması, İrana qarşı dəniz mühasirəsi tətbiq etməsi və təxribat xarakterli addımları ilə bağlıdır.

Bəqai həmçinin ABŞ prezidenti Donald Trampın İrana dair açıqlamalarını "media ritorikası" adlandıraraq önəmsiz hesab etdiyini bildirib.


Geri dön