ABŞ-da həbsdə olan Venesuela prezidenti Nikolas Maduro ölkə hakimiyyəti ilə müxalifət arasında siyasi dialoqu dəstəkləyib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı onun “X” hesabında paylaşım edilib.
"Venesuelalılar arasında sülhün, dinc yanaşı yaşamağın və yaxınlaşmanın möhkəmləndirilməsinə töhfə verən hər hansı bir dialoq formasını alqışlayırıq. Gəlin avqust ayını əlamətdar nailiyyətlər, səmimi həmrəylik, dialoq və mənəvi dirçəliş ayı edək!", - paylaşımda yazılıb.
Avqustun 1-i parlamentin sədri Xorxe Rodriges gələn həftə müxalifətin 2015-ci il parlamentinin üzvləri ilə siyasi dialoqun başladığını elan edib. O, Karakasda müxalifət üzvləri ilə ilk şəxsən görüşün gündəliyinin razılaşdırıldığını qeyd edib.