Ana Sayfa > Karusel / Dünya > Ukrayna Ordusu “Wildberries”-in Samaradakı anbarına PUA zərbəsi endirib

Ukrayna Ordusu “Wildberries”-in Samaradakı anbarına PUA zərbəsi endirib


Bu gün, 18:11. Yazar: Admin

Ukrayna Ordusu “Wildberries”-in Samaradakı anbarına PUA zərbəsi endirib

Bu gün səhər Ukrayna Ordusu “Wildberries” şirkətinin Rusiyanın Samara vilayətinin Novosemeykino qəsəbəsində yerləşən logistika mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Unian“ xəbər verir ki, PUA zərbəsindən sonra logistika mərkəzində genişmiqyaslı yanğın baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə alovun sürətlə yayıldığı və ərazinin üzərini qalın tüstünün bürüdüyü görünür.

ASTRA teleqram kanalı yanğının Novosemeykino sənaye parkında yerləşən Wildberries anbarında baş verdiyini müəyyən etdiyini bildirib.

Şirkət də PUA hücumu nəticəsində logistika obyektində yanğının baş verdiyini təsdiqləyib. Bununla belə, logistika əlaqəsinin yenidən təşkil olunduğu qeyd edilib.

Rusiya KİV-lərinin məlumatına görə, sahəsi 130 min kvadratmetr olan bu logistika mərkəzi 2025-ci ilin may ayında fəaliyyətə başlayıb. Tam gücü ilə işlədikdən sonra burada 120 milyon vahidədək məhsulun saxlanılması planlaşdırılırdı.

Qeyd edək ki, Ukrayna iyul ayında Rusiyanın “Wildberries”-ə məxsus logistika mərkəzlərinə uzaqmənzilli zərbələr silsiləsinə başlayıb. Bu, iyulun ortalarından bəri Ukrayna PUA-larının hücumuna məruz qalan doqquzuncu “Wildberries” anbarıdır.


Geri dön