Ana Sayfa > Karusel / Kriminal > Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi

Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi


Bu gün, 17:20. Yazar: Admin

paylasimlarina-gore

Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.

Qarabaginfo.az “Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu çərçivədə o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.


Geri dön