Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azyaşlı futbolçu faciəvi şəkildə öldü
Ana Sayfa > Karusel / Sosial > Azyaşlı futbolçu faciəvi şəkildə öldü

Azyaşlı futbolçu faciəvi şəkildə öldü


2-08-2026, 11:57. Yazar: Admin

azyasli-futbolcu-facievi-sekilde-oldu

“Şamaxı” futbol klubuna ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Gənc futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, 12 yaşlı S.Babazadə Qax-Qoragan avtomobil yolunda baş verən ağır qəzada həlak olub. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

 


Geri dön