Ana Sayfa > Karusel / Dünya > Zelenski: BƏƏ Qara dənizdə təhlükəsizliyin təmin olunmasına kömək edə bilər

Zelenski: BƏƏ Qara dənizdə təhlükəsizliyin təmin olunmasına kömək edə bilər


Bu gün, 09:18. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin Qara dənizdə ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunmasına dəstək verə biləcəyini bildirib.

Unian xəbər verir ki, bu barədə o, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığından sonra açıqlama verib.

Zelenskinin sözlərinə görə, tərəflər ərzaq təhlükəsizliyi, Qara dənizdə dəniz yollarının qorunması və insanların təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Bundan başqa, müxtəlif sahələr üzrə ikitərəfli layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.

Ukrayna Prezidenti BƏƏ rəhbərliyinə Ukraynanın sülh təşəbbüslərinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

 


Geri dön