Ana Sayfa > Karusel / Dünya > ABŞ vətəndaşlarına Seutaya səfər etməmək tövsiyə olunub

ABŞ vətəndaşlarına Seutaya səfər etməmək tövsiyə olunub


Dünən, 09:16. Yazar: Admin

ABŞ vətəndaşlarına Seutaya səfər etməmək tövsiyə olunub

ABŞ Dövlət Departamenti vətəndaşlarına İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtar şəhərinə səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Qarabaginnfo.az xəbər verir ki, Bu barədə qurumun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Mərakeşdən Seutaya nəzarətsiz miqrant axını bölgədə təhlükəsizlik vəziyyətini qeyri-sabit edib və bu, gözlənilməz hadisələrə səbəb ola bilər. ABŞ Dövlət Departamenti əlavə edib ki, İspaniya hakimiyyəti vəziyyəti nəzarətdə saxlamaq üçün silahlı qüvvələri də bölgəyə cəlb edib.

Bununla yanaşı, Dövlət Departamenti İspaniyaya ümumi səfərlər zamanı da terror təhlükəsi səbəbindən vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.


Geri dön