Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb
Ana Sayfa > Karusel / Dünya > ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb


1-08-2026, 07:18. Yazar: Admin

ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatında yerləşən Miramar Hərbi Hava Bazası yaxınlığında ABŞ Dəniz Piyadalarına məxsus “F-35B Lightning II” tipli döyüş təyyarəsi naməlum səbəbdən qəzaya uğrayaraq alovlanıb.

Qarabaginfo.az xəbər verir ki, hadisənin yerli vaxtla saat 10:00 radələrində baş verdiyi bildirilir.

Pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib və sağ xilas olub.

İlkin məlumata əsasən, təyyarə enişə yaxınlaşarkən yerə çırpılıb və alovlanıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.

 


Geri dön