ABŞ prezidenti Donald Tramp ikinci səlahiyyət müddətinin sonunda Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini faktiki olaraq etiraf edib.
Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə "Real America's Voice"a verdiyi müsahibəsi zamanı danışıb.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. Tramp dəfələrlə bildirib ki, ABŞ-ın təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı var.