Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib
Ana Sayfa > Karusel / Dünya > ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib

ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib


Bu gün, 07:05. Yazar: Admin

ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib

ABŞ ordusu İran limanlarının blokadasının bərpasından bəri 30 ticarət gəmisinin heyətini istiqamətini dəyişməyə məcbur edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İyulun 31-dək blokada çərçivəsində 30 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi fəaliyyətsiz vəziyyətə salınıb, daha 2 gəmidə isə yoxlama aparılıb. Məqsəd blokada rejiminə tam əməl olunmasını təmin etməkdir”, - məlumatda deyilir.

Bununla yanaşı, ABŞ hərbçiləri humanitar yardım daşınması məqsədilə təxminən 30 gəminin blokada zonasından keçməsinə icazə verib.

CENTCOM-un məlumatına görə, Yaxın Şərq bölgəsində 20-dən çox ABŞ gəmisi var.

Qeyd edək ki, ABŞ-ın İranın dəniz blokadasının bərpası 14 iyulda baş verib.


Geri dön