Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub


31-07-2026, 16:03. Yazar: Admin

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

 


Geri dön