Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan hökuməti texniki istefaya gedir
Ana Sayfa > Karusel / Region > Ermənistan hökuməti texniki istefaya gedir

Ermənistan hökuməti texniki istefaya gedir


30-07-2026, 13:18. Yazar: Admin

ermenistan-hokumeti-texniki-istefaya-gedir

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. 

Ermənistan Konstitusiyasına əsasən, Nazirlər Kabineti istefa verir, bunun ardınca isə prezident parlamentdə üstünlüyə malik partiya tərəfindən təqdim edilən namizədi Baş nazir təyin edir. 

Ermənistan parlamenti isə avqustun 2-də öz işinə başlayacaq və yeni hökuməti formalaşdıracaq. 

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.


Geri dön