Ana Sayfa > Karusel / Siyasət > Pakistan XİN: ABŞ və İran arasında gərginliyin azaldılması ilə bağlı danışıqlar davam edir

Pakistan XİN: ABŞ və İran arasında gərginliyin azaldılması ilə bağlı danışıqlar davam edir


Bu gün, 13:11. Yazar: Admin

Pakistan XİN: ABŞ və İran arasında gərginliyin azaldılması ilə bağlı danışıqlar davam edir

Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında gərginliyin azaldılması və xüsusilə Hörmüz boğazında sabitliyin bərpası məqsədilə danışıqların davam etdiyini açıqlayıb.

Al Jazeera“ xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi brifinqdə bildirib.

"Bütün tərəfləri yenidən İslamabad Memorandumu çərçivəsində danışıqlara qaytarmaq üçün əlimizdən gələni edirik", – deyə Andrabi qeyd edib.

Onun sözlərinə görə, Pakistan tərəfləri memorandum çərçivəsində texniki danışıqların keçirilməsi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməyə çağırır.

Qeyd edək ki, qarşılıqlı hücumlardan sonra ABŞ və İran İslamabad Memorandumu üzrə əldə olunmuş müvəqqəti razılaşmanın qüvvədən düşdüyünü bəyan etmişdilər.


Geri dön