İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polis əməkdaşlarına silahlı hücum edilib.
Qarabaginfo.az-ın məlumatına görə, əyalət Polis İdarəsi bildirib , bu gün bir neçə minik avtomobili ilə hərəkət edən silahlı şəxslər İranşəhr rayonunda yerləşən polis nəzarət-buraxılış məntəqələrindən birində xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.
Hücum nəticəsində bir polis əməkdaşı həlak olub.
Məlumata görə, hadisəni törədən silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.