Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır
Ana Sayfa > Karusel / Dünya > KİV: Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır

KİV: Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır


30-07-2026, 08:10. Yazar: Admin

İsrailin Baş naziri Benyamin Netanyahu

 

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə İranla mümkün razılaşmanın əldə olunacağına şübhə etdiyini bildirib.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər İranla mümkün razılaşmanı, ABŞ-ın İrana qarşı dəniz blokadasının davam etdirilməsini və hərbi əməliyyatların genişləndirilməsi ehtimalını müzakirə ediblər.

Nəşr yazır ki, Netanyahu, həmçinin İsrail qoşunlarının Suriyanın cənubundakı bufer zonadan çıxarılmasını istisna edib və yaxın 10 il ərzində ABŞ-dan alınan maliyyə yardımını sıfıra endirməyi hədəflədiyini bildirib.


Geri dön