Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Penza vilayətində "Wildberries" anbarına PUA hücumu olub, xəsarət alan var
Ana Sayfa > Karusel / Dünya > Penza vilayətində "Wildberries" anbarına PUA hücumu olub, xəsarət alan var

Penza vilayətində "Wildberries" anbarına PUA hücumu olub, xəsarət alan var


30-07-2026, 08:05. Yazar: Admin

Penza vilayətində "Wildberries" anbarına PUA hücumu olub, xəsarət alan var

Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinin anbarı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

"Komsomolskaya pravda" xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melniçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər xəsarət alıb. Təxminən 200 əməkdaş təxliyə edilib.

Qubernator bildirib ki, anbar kompleksinin ərazisində açıq alov müşahidə olunur.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.


Geri dön