Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > CENTCOM: ABŞ ordusu 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib
Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > CENTCOM: ABŞ ordusu 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib

CENTCOM: ABŞ ordusu 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib


Bu gün, 19:58. Yazar: Admin

CENTCOM: ABŞ ordusu 1000-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib

SEPAH-ın Hörmüz boğazından keçən ticarət gəmilərinə yönəlmiş hədələrinə baxmayaraq, beynəlxalq gəmiçilik marşrutu fəaliyyətini davam etdirir.

Qarabvaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, SEPAH beynəlxalq gəmiçilikdən yalnız özünün müəyyən etdiyi marşrutlardan istifadə etməyi tələb etsə də, Hörmüz boğazı beynəlxalq su yolu hesab olunur və SEPAH-ın burada marşrutları müəyyən etmək səlahiyyəti yoxdur.

CENTCOM-un məlumatına görə, ABŞ hərbi qüvvələrinin dəstəyi ilə kommersiya gəmiləri boğazdan təhlükəsiz keçidini davam etdirir.

Qeyd olunub ki, may ayının əvvəlindən etibarən ABŞ Mərkəzi Komandanlığının qüvvələri təxminən 1000 ticarət gəmisinin və 500 milyon barel xam neftin Hörmüz boğazından təhlükəsiz keçidinə dəstək göstərib.


Geri dön