HAMAS hərəkatı Qəzza zolağında və İordan çayının qərb sahilindəki qrupların liderlərini seçib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, HAMAS-ın keçmiş media işlərindən məsul şəxsi Əli əl-Əmudi hərəkatın Qəzza zolağındakı rəhbəri seçilib.
Zaher Cəbarin isə HAMAS-ın İordan çayının qərb sahilindəki fəaliyyətlərinə rəhbərlik edəcək.