Ana Sayfa > Karusel / Dünya > Rubio: İran Hörmüz boğazından dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir

Rubio: İran Hörmüz boğazından dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir


Dünən, 21:45. Yazar: Admin

ABŞ dövlət katibi Marko Rubio

 

İran Hörmüz boğazına nəzarəti ələ keçirərək ondan beynəlxalq ictimaiyyətə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

"İran, ən azı İranda bəzi qüvvələr, Hörmüz boğazına nəzarət etmək və bundan dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər", – Rubio deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət belə bir strateji su yolunun İran kimi bir dövlətin nəzarətinə keçməsinə imkan verib-verməyəcəyinə qərar verməlidir.

"Bu, tamamilə qeyri-qanuni, qanunsuz və qəbuledilməz olardı", – ABŞ dövlət katibi vurğulayıb.
Rubio qeyd edib ki, ABŞ qlobal dəniz daşımalarının təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atmağa davam edəcək. Bununla yanaşı, o, digər ölkələri də daha fəal olmağa çağırıb.

"Birləşmiş Ştatlar qlobal gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün lazım olanı etməyə davam edəcək. Lakin digər ölkələr də bu yükün bölüşdürülməsinə töhfə verməli, istər texniki vasitələr, istərsə də maliyyə baxımından dəstək göstərməlidirlər", – Rubio əlavə edib.


Geri dön