Ana Sayfa > Karusel / Dünya > Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib

Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib


Dünən, 21:38. Yazar: Admin

Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib

Ukrayna yenidən Qara dənizdə Qazaxıstan neftinin yükləndiyi tankerə hücum edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə operator şirkət Xəzər Boru Kəməri Konsorsiumu (KTK) məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı yükləmə prosesində olan "NELSA" tankerinə zərbə endirilib.

Məlumata görə, zərbə nəticəsində tankerin arxa hissəsində göyərtədə və daxili bölmələrdə yanğın baş verib. Yanğın bir neçə saat ərzində söndürülüb və tanker üzmə qabiliyyətini qoruyub saxlayıb.

Hadisədən sonra neftin yüklənməsi dayandırılıb. Qeyd olunub ki, neft sızmasına yol verilməyib.


Geri dön